Küveytdə on qiraət əsasında ilk Quran çap olunub

Küveytdə on qiraət əsasında ilk Quran çap olunub

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İslam dünyasında ilk dəfə olaraq Küveyt Quran Çapı və Nəbəvi Sünnəsi İdarəsi on qiraət əsasında Quran nəşr edib.

Küveytdə on qiraət əsasındakı Quran versiyası, onun haşiyəsində Osmanlı qrafikası ilə 10 məşhur qiraət yazılmış Qurandır.

Küveytdəki Quran və Sünnə Çap İdarəsinin sözçüsü Mübarək əl-Həyyan deyib: “Bu mərkəz on qiraət əsasında ilk Quranı çap edib”.

Qeyd  olunub ki, bu Quran gözəl və aydın rənglərlə, osmanlı yazısı ilə bütün düzgün oxunuşları qeyd edərək və bütün qiraət üsullarının izah edildiyi bir cədvəllə nəşr edilmişdir ki, qiraət edənlərin onu qiraət etməsi çox asandır.

Yeddi və ya on qiraət əslində Quranı oxumaq üsuludur. Amma bu Quranda fərqin olması demək deyil! Quran ayələrini oxumağın yeddi və ya 10 yolu deməkdir./iqna