Əlcəzairdə 24-cü Milli Quran Həftəsi başlayıb

Əlcəzairdə 24-cü Milli Quran Həftəsi başlayıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Əlcəzairin 24-cü Milli Quran Həftəsi dünən, oktyabrın 18-də bu ölkənin dini işlər nazirinin iştirakı ilə Əlcəzairin “Bəni Abbas” şəhərinin Quran məktəbində başlayıb.

Bu münasibətlə Əlcəzairin Dini İşlər və Vəqflər Naziri Yusif Belmahdi bu ölkənin Bəni Abbas əyalətinin “Kərzar” rayonundakı Şeyx Əhməd ibn İsa Quran Məktəbinə səfər edib. O, bu səfər zamanı Quran məktəblərinin Qurani-Kərimin uşaqlara tədrisi və hifzi sahəsində və İslam mədəniyyətinin qorunmasındakı mühüm rolunu vurğulayıb.

O, Şeyx Əhməd məktəbində 300-dən çox şagirdin təhsil almasına toxunaraq deyib: “Quran məktəblərinin yaradılması və genişləndirilməsinin məqsədlərindən biri də milli və yerli səviyyədə uşaqları Qurani-Kərimi əzbərləməyə təşviq etməkdir. Elə ki, Əlcəzair ailələrində Allahın kitabını qorumaq mədəniyyətinin yayılmasına kömək etsin”.

Əlcəzairin müstəqilliyinin 60-cı ildönümü və “Əlcəzairdə Milli Mühacirət Günü” (17 oktyabr 1961-ci il hadisələri və Parisdə əlcəzairli mühacir nümayişçilərinin qanlı qırğınının xatirəsi) münasibətilə Əlcəzairdə bu Milli Qurani-Kərim Həftəsi “Qurani-Kərimdə hicrət, vətənə, iş və imana vəfadarlıq” şüarı ilə keçirilib./iqna