Əlcəzairdə 700 illik tarixi Quran sərgilənib

Əlcəzairdə 700 illik tarixi Quran sərgilənib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Əlcəzairin cənub-qərbində yerləşən “Temantit” şəhərində Quranın bir nüsxəsi nümayiş etdirilib və onun yazılma tarixi hicri 8-ci əsrə təsadüf edir.

Osmanlı Müshəfinin məşhur variantından yazılmış Qurani-Kərimin bir nüsxəsi Əlcəzairin cənub-qərbindəki “Ədrar” əyalətində yerləşən Temantit şəhərində nümayiş etdirilib.

Temantit şəhərində yerləşən “Bəkriyyə” guşəsi (mərkəz) ilə maraqlananların gözü qarşısında olan bu variant hicri 727-ci ildə yazılmışdır. Deyilənə görə, bu variantın dəqiq yazılma tarixi sözügedən ilin Məhərrəm ayının 27-sidir.

Bu Quran Əndəlüs İmamı, İbn Xəlifə kimi tanınan Əhməd ibn Əli ibn Əhməd tərəfindən yazılmışdır. Bu müqəddəs Müshəf hicri 9-cu əsrin ortalarında Ömər ibn Məhəmməd ibn Ömər tərəfindən bu əraziyə köçürülmüşdür. İndiyə kimi onun vəsiyyətinə görə nəslinin əlində olub və qorunur./iqna