Liviyada Quranın əzbərlənməsi və qiraəti üzrə beynəlxalq müsabiqə başlayıb

Liviyada Quranın əzbərlənməsi və qiraəti üzrə beynəlxalq müsabiqə başlayıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Benqazidə 40 ölkədən nümayəndənin iştirakı ilə 10-cu Beynəlxalq Liviya Qurani-Kərimi Hifz və Qiraət Müsabiqəsi başlayıb.

Bazar günü (12 iyun) 40 ərəb və islam ölkəsinin iştirakı ilə 10-cu Beynəlxalq Liviya Qurani-Kərimi Hifz və Qiraət Müsabiqəsi başlayıb.

Liviyanın Benqazi şəhərindəki Yaradıcılığın İnkişafı Mərkəzində 40 ölkədən nümayəndə və Liviyadan bir iştirakçının iştirak etdiyi müsabiqə başlayıb.

Liviya, ərəb-islam ölkələri arasında Qurani-Kərimin ən çox hafizləri olan ölkələrdən  biridir. Liviyada bir milyon Quran hafizi olduğunu yəqin ki, az adam bilir. Bu ölkədə Quran hafizlərinin sayı əhalinin beşdə birini təşkil edir. Quran hafizləri universitet məzunu sayılır və təqaüd alırlar./iqna