Məxluqların yaradılışında ALLAHIN VƏSFİNDƏ İŞLƏDİLƏN “ƏLA” (UCA) İFADƏSİ NƏ MƏNA DAŞIYIR?

Məxluqların yaradılışında ALLAHIN VƏSFİNDƏ İŞLƏDİLƏN “ƏLA” (UCA) İFADƏSİ NƏ MƏNA DAŞIYIR?

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Cavab: “Əla” sözü “uluvv” kökündən götürülmüşdür və “ucalıq” mənasını ifadə edir. Allahı uca adı ilə vəsf etdikdə, zəif varlıqları Onunla müqayisə məqsədilə “əla”, “əliyy” və “mütəali” kimi sözlər işlədilir.

Lakin Allah-taalanın ucalığı zati olduğundan, varlıqlara və məxluqlara Onun lütf və mərhəməti sayəsində üstünlük verildiyindən, məxluqların üstünlüyünü Allah-taalanın üstünlüyü və ucalığı ilə müqayisə edərək “Allah Özünün üstün, uca məxluqlarından üstün və ucadır!” – demək olmaz. Bu müqayisənin məna və məfhumu yoxdur.

“Əla” (uca) ifadəsi Allah-taalanın Öz məxluqlarının düşüncəsindən üstün və uca olmasını, Onun zatının dərk olunmamasını bəyan edir. (Onun bu məqamını nə fikirdən, nə əqldən, nə xəyaldan keçirmək olar, nə də ilahi övliyalar öz kəşflərilə dərk edə bilərlər.)

Qurani-kərimdə buyurulur: “(Rəbbin) Onların keçmişini də, gələcəyini də bilir. İnsanların elmi isə Onu (Allahın zatını) əhatə edib, qavraya bilməz!” (“Taha” surəsi, ayə: 110.)/Oxuquran.com