Malayziyanın Beynəlxalq Quran Müsabiqəsinin açılışı olub

Malayziyanın Beynəlxalq Quran Müsabiqəsinin açılışı olub

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Malayziyanın 62-ci Beynəlxalq Quran qiraəti müsabiqəsi bir saat əvvəl bu ölkənin paytaxtı Kuala Lumpurda müxtəlif ölkələrdən olan münsiflər və qarilərin iştirakı ilə başlayıb.

Malayziyanın 62-ci Beynəlxalq Quran qiraəti müsabiqəsi bu gün axşam, oktyabrın 19-da KLC Kuala Lumpur Konqres Mərkəzində müxtəlif ölkələrdən olan qarilərin iştirakı ilə başlayıb.

Bu mərasimdə Abdulla Əhməddən əlavə, Malayziyanın dini işlər naziri Əli Əsgər Məhəmmədi, İran İslam Cümhuriyyətinin səfiri, İranın mədəniyyət müşaviri Kərimi Orei və bir sıra Malayziya rəsmiləri iştirak ediblər.

Malayziyanın dövlət himni səsləndirildikdən sonra açılış mərasimində üç dildə, ingilis, ərəb və malay dillərində dualar oxunub. Həmçinin ev sahibi ölkədən olan qadın qari Fərhətul firuzə panut tərəfindən Qurani-Kərimin müqəddəs ayələri oxunub.

Müsabiqənin videoçarxının təqdimatı və bəzi surudların malay dilində ifası da bu mərasimin digər hissələri olub.

Daha sonra İranın görkəmli qarisi Məsud Nuri ilk iştirakçı kimi “Ali-İmran” surəsinin 165-ci ayəsini oxuyub.

Builki yarışların unikal fərqlərindən biri tamaşaçılar ilə Quranın mübarək ayələri arasında daha yaxşı əlaqə yaratmaq üçün 3D (AR) qrafik sistemi texnologiyasından istifadə edilməsidir./iqna