Mali Respublikasında Quran məclisləri keçirilib

Mali Respublikasında Quran məclisləri keçirilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İmam Hüseynin (ə) hərəminə bağlı Beynəlxalq Quran Təbliğ Mərkəzi Mali Respublikasında Əhli-Beyt (ə) ardıcıllarının iştirakı ilə Quran məclislərinin keçirildiyini bildirib.

Bu hərəmə bağlı Beynəlxalq Quran Təbliğat Mərkəzi Peyğəmbərin (s) mövludu münasibəti ilə bu mərkəzin əməkdaşlarının həmkarlığı ilə Mali Respublikasında bir neçə Quran məclisləri təşkil etmişdir.

Bu mərkəzin Mali Respublikasındakı nümayəndəsi Şeyx Davud Cəkti bu xəbəri açıqlayıb və deyib: “Biz hər il Peyğəmbərin (s) mövludu ilə bağlı müxtəlif tədbirlər təşkil edirdik. Bu il Mali Respublikasının paytaxtı Bamakoda yerləşən Nur məscidinin eyvanlarında Quran məclislərinin keçirilməsi bu ölkədə Əhli-Beyt (ə) ardıcılları tərəfindən böyük rəğbətlə qarşılanıb”.

O, bildirib ki, biz Peyğəmbərin (s) həyatının sahələri haqqında daha çox öyrənmək üçün belə xeyirli günlərdə bu məclislərdən və hadisələrdən istifadə etmək istəyirik.

Həmçinin bu Quran məclislərində Quran oxumaqla yanaşı, İslam birliyi anlayışı və İmam Cəfər Sadiqin (ə) bir sıra İslam məzhəblərinin imamlarının müəllimi kimi həyatı haqqında da mövzular müzakirə olunub. Daha sonra məddahlar ilahilər və dini surudlar ifa ediblər./iqna