Misirdə qadınların Quran fəaliyyəti əhəmiyyətli dərəcədə artıb

Misirdə qadınların Quran fəaliyyəti əhəmiyyətli dərəcədə artıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Qurani-Kərimin təbliğçiləri, hafizləri, müəllimləri və qariləri arasından 87 misirli xanımın qadınlar üçün xüsusi Quran dərnəklərində iştirak etmək hüququ təsdiq edilib. Bununla da misirli qadınların Qurani-Kərim fəaliyyətləri əhəmiyyətli bir yüksəlişin şahidi olacaq.

Misirin Vəqf Nazirliyi bu ölkənin Vəqflər Akademiyasının 87 məzununun qadın Quran dərnəylərində iştirak etmək üçün ixtisasını təsdiqləyib.

Onlar Qurani-Kərimin təbliğatçıları, müəllim heyətinin üzvləri, qariləri və hafizləri arasından seçilmişdir. Misirin Vəqflər Nazirliyi bu addımı Qurani-Kərimə xidmət etmək və qadınların Quran fəaliyyətlərində iştirakını artırmaq səylərinin bir hissəsi kimi qiymətləndirib.

Bu nazirlik həmçinin Misir Vəqflər Nazirliyinin məlumat bazası vasitəsilə digər ixtisaslı maraqlı şəxslərə müraciət edib. Onlardan da Quran dərnəklərinin üzvləri üçün ixtisas yoxlama imtahanında iştirak etmələrini istəyib.

Həmçinin Misirin Vəqflər Nazirliyi ilk dəfə olaraq bu ölkənin dörd vilayətində qadın qarilər üçün dörd Quran məclisi təşkil etdiyini açıqlayıb./iqna