Pakistanın Pəncab əyalətində bir qrup pakistanlı xəttatın Quran xəttatlıq əsərlərindən ibarət sərgi nümayiş etdirilib.
Pəncab İncəsənət Şurası cümə axşamı İslam xəttatlığının qrup sərgisinə başlayıb.
Pəncab İncəsənət Şurasının direktoru Vüqar Əhməd bu sərginin əsas qonağı kimi çıxışında bildirib ki, sərgidə iştirak edən xəttatlar Quran ayələrini gözəl şəkildə yazıblar.
O, bildirib ki, İslam xəttatlığı sənəti sivilizasiyamızda və mədəniyyətimizdə görkəmli və bənzərsiz yer tutur. Bizim dövrümüzdə indiki gənclər İslam xəttatlığı sahəsinə xoş münasibətlə, yeni ideyalarla daxil olublar.
O əlavə edib ki, gənclərin əməyi həyat həqiqətlərinin ifadə vasitəsidir. Pakistanın və dünyanın sənət əsərlərində Qurani-Kərim bizim üçün qürur mənbəyidir./iqna