Qətərdə rusiyalı Quran müəllimləri üçün təlim kursu keçirilib

Qətərdə rusiyalı Quran müəllimləri üçün təlim kursu keçirilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Qətərdə keçirilən Şeyx Casim ibn Məhəmməd ibn Sani Quran müsabiqəsinin təşkilatçıları rusiyalı Quran müəllimləri üçün hazırlıq kursu təşkil ediblər.

Bu Quran kursu Qətərin Vəqflər və İslam İşləri Nazirliyinə bağlı Şeyx Casim ibn Məhəmməd ibn Sani Quran müsabiqəsi qərargahı tərəfindən və bu ölkənin bir qrup alim və təbliğaçılarının iştirakı ilə təşkil olunub.

Bu təlim kursunda iştirak edən rusiyalı müəllimlər Qətərin Quran və Quran elmlərinin nəşrində göstərdiyi səyləri yüksək qiymətləndirmiş və vurğulamışlar: Bu Quran kursu Quran müəllimlərinin bacarıqlarını və onların təcvid qaydaları və Quranda təfəkkür və qiraəti düzəltmək bacarıqlarını gücləndirməyə kömək edəcəkdir.

Bu təlim kursunda Rusiyanın müxtəlif region və əyalətlərindən, o cümlədən Moskva, Mordoviya və Saratovdan müəllimlər iştirak ediblər./iqna