Qadınlar arasında 6-cı Beynəlxalq Quran Müsabiqəsi keçiriləcək

Qadınlar arasında 6-cı Beynəlxalq Quran Müsabiqəsi keçiriləcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Dubay rəsmiləri elan ediblər ki, qadınlar üçün 6-cı Dubay “Quran Mükafatı” adlı müsabiqə bu ilin oktyabrında dünyanın 136 ölkəsi və müsəlman icmalarının nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Dubay Beynəlxalq “Qurani-Kərim Mükafatı” “Şeyxə Fatimə Bint Mübarək” Beynəlxalq Qurani-Kərim müsabiqəsinin bu ilin oktyabrında keçirilməsi ilə bağlı planlarının başlandığını elan edib.

Dubay hökmdarının mədəni və humanitar məsələlər üzrə müşaviri və Dubay Beynəlxalq Quran Mükafatının təşkilat komitəsinin rəhbəri İbrahim Məhəmməd Bumelhə deyib: “Əksər müsəlman ölkələri və icmalarının böyük marağı və onların bu müsabiqədə müntəzəm iştirak etmək həvəsi ilə əlaqədar olaraq, dünyanın 136-dan çox müsəlman ölkəsi və icmasına bu müsabiqədə iştirak etmək üçün dəvət məktubu göndərməklə bu müsabiqəyə hazırlıq erkən başladı”.

Dubayın bu rəsmisi vurğulayıb ki, müsabiqə 2022-ci il oktyabrın 1-i  şənbə günü başlayacaq və oktyabrın 5-dək davam edəcək. Bağlanış mərasimi 7 oktyabr 2022-ci ildə keçiriləcək./iqna