Quran «hamı səcdədədİr» buyurarkən, nəyİ nəzərdə tutur?

Quran «hamı səcdədədİr» buyurarkən, nəyİ nəzərdə tutur?

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Cavab: Bütün hadisələr iki mümkün mahiyyətdən birini daşıyır. Onlar ya təkvinidir (fitri, təbii), ya da təşri´idir (iradi). Səcdə təvazö, təslim əlamətidir. Əql mülkü ilə mükafatlandırılmış bəşəriyyət Allahın səcdəsinə dəvət edilir və bu əmrə itaət edənlərin səcdəsi iradidir.

 

Amma təbiətdə baş verən hadisələr təşri´idir. Yəni onun iradəsindən asılı deyil. «Rəd» surəsinin 15-ci ayəsində belə buyurulur: «Göylərdə və yerdə kim varsa, özləri də, kölgələri də səhər-axşam, istər-istəməz Allaha səcdə edər». Ayədəki «istər-istəməz» kəlmələri aşkar göstərir ki, nəzərdə tutulan səcdə təşri´i yox, təkvinidir. Bəs bu hansı səcdədir?

Bu barədə təfsirçilər müxtəlif fikirdədirlər. Bir qrup təfsirçinin fikirincə, ayə bütün kainatda ilahi qanunların hökm sürdüyünə bir işarədir.
Digər bir qrup təfsirçi isə, ayədə bütün mövcudların kölgələrinin səcdəsindən danışıldığını bildirirlər.

İstər insan, istər təbiətin hər hansı bir elementi kölgəyə malikdir. Səhərlər bir istiqamətdə kölgə günorta düzəlir, axşam isə əks istiqamətə yönəlir. Kölgənin bu hərəkəti səcdəni xatırladır./Oxuquran.com