Quran memarlığı ilə yeni Dubay kitabxanasının açılışı olub

Quran memarlığı ilə yeni Dubay kitabxanasının açılışı olub

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Qurani-Kərimə bənzəyən xüsusi arxitekturaya malik “Məhəmməd İbn Rəşid” kitabxanası müxtəlif dillərdə bir milyon cilddən çox çap və elektron kitablar və 9 mərtəbədə geniş imkanlarla açılmışdır.

Dubay körfəzinə baxan Məhəmməd ibn Rəşid Kitabxanası keçən həftə bazar ertəsi, iyunun 13-də açılıb.

Quran abidəsi formasında dizayn edilmiş və bir milyard dirhəm (272,3 milyon dollar) dəyərində tikilmiş kitabxananın açılışını vitse-prezident və Dubayın hökmdarı Şeyx Məhəmməd ibn Rəşid edib.

Binanın xarici görünüşü açıq kitab kimi görünür. Layihənin saytı xəbər verir ki, bu bina İslamın müqəddəs kitabını oxuyarkən onun yerləşdirilməsi üçün istifadə edilən Quran rəhli formasında hazırlanıb./iqna