Quranİ-kərim nə üçün bir dəfəyə yox, tədrİcən nazİl olub?

Quranİ-kərim nə üçün bir dəfəyə yox, tədrİcən nazİl olub?

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Cavab: İslami rəvayətlərə əsasən, Quran iki dəfə nazil olmuşdur: birinci dəfə Qədr gecəsində tam şəkildə, ikinci dəfə iyirmi üç il ərzində tədricən.

«Fürqan» surəsinin 32-ci ayəsində buyurulur: «Kafirlər «Quran ona bütöv şəkildə nazil olmalı idi» dedilər. (Ya Məhəmməd) Sənin ürəyinə qətiyyət vermək üçün Biz onu ayə-ayə nazil etdik».

Əvvəla, Quranın tədriclə nazil olması, insanların təbiətinə və ehtiyaclarına daha uyğun bir üsuldur. İnsan məqsədə addım-addım yaxınlaşdıqda, mətləblər daha aydın dərk olunur.

Quran bədii əsər yox, həyat proqramıdır. Hər hansı proqram isə, cəmiyyətdə mərhələ-mərhələ həyata keçə bilər.

Bədr, Ühüd, Əhzab, Hüneyn kimi müharibələrə isti münasibət bildirən Quran, birbaşa necə nazil ola bilərdi?! Başqa bir tərəfdən nüzulun davamı peyğəmbərliyin davamı idi./Oxuquran.com