“ÜMM\”(ANA) GƏLMƏSİNİN QUR`ANDA İŞLƏNMƏ YERLƏRİ
1. Həqiqi ana: \”Biz, Musanın anasına vəhy etdik ki, ona süd versin!(Qəsəs-7)\”
2. Kök və əsas mə`nasında: Quran buyurur: \”Ya Məhəmməd! Sənə Qur`anı nazil edən odur. Onun bir hissəsi Qur`anın əslini və əsasını təşkil edən möhkəm, digər qismi isə mütəşabeh ayələrir (Ali İmran-7).
3. Bir şeyin mərkəzi, “Ümüul–qura\” (Şəhərlər mərkəzi) Quranda Məkkəyə işarədir.Qur`an buyurur: \”Ümmül qura və ətrafındakıları qorxudasan.(Şura-7) \”
Bu şəhərə o cəhətdən “Ümmül-qura\” deyilir ki, hicaz məntəqələrinin mərkəzi sayılır. “Lüğətçi Rağib\” və başqaları yazır: Məkkənin “Ümmül-qura\” adlanması ona görədir ki, yer kürəsi ilk dəfə vücuda gələndə onun altında genişlənməyə başlayıb. Bə`zi rəvayətlərə görə torpaq ilk quruluşunu Məkkədən başlayıb.
Quranda, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) zövcələri, möminlər anası adlandırılır. Quran buyurur:
\”Peyğəmbər, möminlərə onların özlərindən daha üstündür. Onun zövcələri mö`minlərin analarıdır (Əhzab-6).
Yuxarıdakı üç mənaya diqqət etməklə, “həqiqi ana, əsas, əsl və bir şeyin mərkəzi\” kəlmələrinin mənaları arasındakı münasibətlər aydınlaşır.
Ana, ağacın kökü və əsli yerində, övladları isə qol-budaqları olub kök üzərində göyərirlər. Belə bağılılıq kökdən asılıdır. Ağacın əsli və kökü nə qədər şərəfli və əsil olsa, qol budağı da, əsil və kökü təmsil edəcək və kökünə oxşayacaqdır./Oxuquran.com