Vəhy diyarını tərk edən zəvvarlar arasında Qurani-Kərimin hədiyyə nüsxələrinin paylanması və 76-dan çox dilə tərcüməsi layihəsi Səudiyyə Ərəbistanının İslam İşləri, Təbliğat və İrşad Nazirliyinə tabe olan məscidlərin rəhbərliyi tərəfindən həyata keçirilir.
Səudiyyə Ərəbistanı İslam İşləri, Təbliğat və İrşad Nazirliyi tərəfindən bu il zəvvarlar arasında bir milyon nüsxə Quranın hədiyyə olaraq paylanılması və 76-dan çox dilə tərcümə edilməsi planı davam etdirilir.
Bu xəbərə görə, Vəhy diyarını hava, dəniz və quru sərhədləri ilə tərk edən bütün zəvvarlara Quran nüsxəsi hədiyyə edilir.
Bu Quran nüsxələri Mədinədə yerləşən “Kral Fəhd” Quran Nəşriyyat Dərnəyinin nəşrlərindən və dünyanın 76-dan çox dilində Qurani-Kərimin nüsxələrini özündə əks etdirən müxtəlif cild və ölçülərdədir./iqna