Filosof, yazıçı və Quranın İtalyanca tərcüməçisi Qətərdə 2022-ci ildə Dinlərarası Dialoq üzrə Beynəlxalq Mükafatın qalibi olub.
24 may Çərşənbə axşamı günü başlayan “Dinlərdə, təcrübədə və mətnlərdə nifrət sözləri” 14-cü Doha Dinlərarası Dialoq Konfransı Dohada, qaliblərin təqdir olunması ilə sona çatıb.
Hazırda “Təvəssul” Nəşriyyat və Araşdırma Mərkəzinin direktoru olan Sabrina Lei də mükafat alanlardan biri olub.
Bu görkəmli tədqiqatçı 50-dən çox İslam əsərini italyan dilinə, eləcə də islamla bağlı kitabları italyan dilinə tərcümə etmişdir.
O, Abdullah Yusif Əlinin ingilis dilində olan Quran nüsxəsini italyan dilinə tərcümə etmişdir./iqna