Ərəbistanda 9-cu Beynəlxalq Hərbiçilər Quran Müsabiqəsi keçiriləcək

Ərəbistanda 9-cu Beynəlxalq Hərbiçilər Quran Müsabiqəsi keçiriləcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Səudiyyə Ərəbistanının müdafiə nazirinin himayəsi altında dünya hərbçiləri üçün 9-cu beynəlxalq Quran hifzi müsabiqəsi keçiriləcək.

Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd ibn Salman ibn Əbdül-Əzizin nəzarəti altında bu ilin 7 noyabrında (12 Rəbiüssani 1444-cü il) başlayacaq və səkkiz gün davam edəcək.

Müsabiqənin təşkilat komitələrinin fəaliyyətinə start verilib. Müsabiqə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Dini İşlər Baş İdarəsi tərəfindən təşkil olunacaq.

Səudiyyə Ərəbistanında keçirilən 9-cu Beynəlxalq Hərbi Quran Müsabiqəsində iştirak etmək üçün 40-dan çox ölkə dəvət olunub. Bu yarışmaya İslam dünyasının aparıcı hakimlər heyəti nəzarət edəcək.

Bu yarışlar Korona tədbirlərinə riayət edilərək keçiriləcək./iqna