Ərbəin günlərində İraq qadınlarının Quran fəaliyyətləri

Ərbəin günlərində İraq qadınlarının Quran fəaliyyətləri

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İmam Hüseynin (ə) Müqəddəs Hərəminə bağlı Darul-Quranın qadın bölməsi Ərbəin ziyarəti zamanı qadınlar üçün xüsusi Quran məntəqələri quraraq müxtəlif Quran proqramları həyata keçirib.

İmam Hüseynin (ə) Müqəddəs Hərəminin informasiya mərkəzinə istinadən xəbər verir ki, bu hərəmin Darul-Quranının Qadın Quran Fəaliyyətləri Bölməsinin rəhbəri Əməl Əl-Maturi, deyib: “Qadınlar üçün yaradılmış xüsusi Quran məntəqələri Ərbəin günlərində müxtəlif Quran fəaliyyətləri həyata keçirib. Bu fəaliyyətlər arasında “Fatihə” və Qurani-Kərimin digər kiçik surələrinin düzgün qiraətinin öyrədilməsi, maarifləndirici məşğələlərin keçirilməsi, həmçinin İmam Hüseyn (ə) məclislərinin keçirilməsi vardır”.

Onun sözlərinə görə, bu proqramlarda İraq, İran, Səudiyyə Ərəbistanı və Bəhreyndən bir sıra Quran fəalları iştirak edib. Onlar Quran tilavəti ilə yanaşı, Aşura ziyarəti və təvəssül duasını da oxuyublar./iqna