Səudiyyədə Beynəlxalq Quran Yazmaq müsabiqəsi keçiriləcək

Səudiyyədə Beynəlxalq Quran Yazmaq müsabiqəsi keçiriləcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Mədinədə Kral Fəhd Quran Çap Dərnəyi Quran xəttatlığı sahəsində yüksək səviyyəli istedadların müəyyən edilməsi və tanıdılması məqsədi ilə Qurani-Kərimin yazılması üzrə beynəlxalq müsabiqənin keçiriləcəyini elan edib.

Mədinədə Kral Fəhdin Qurani-Kərim Çap Birliyi “Müshəfül-Muvəsəs” adlı Qurani-Kərimin yazılması üzrə beynəlxalq müsabiqənin keçirilməsini elan edib.

Bu beynəlxalq müsabiqə Qurani-Kərimi yazmaq imkanı yaradır. Bu, dünyanın hər yerindən görkəmli xəttatların Quran xəttatlığı sahəsində təcrübə mübadiləsi üçün bir fürsətdir.

Bu müsabiqənin məqsədlərdən ən mühümü müasir xəttatların Qurani-Kərimin yazılmasında göstərdikləri səy və yaradıcılıqları ortaya çıxarmaqdır. Həmçinin onların istedadlarından Qurani-Kərimə xidmətdə istifadə etməkdir.

Bu proqram Qurani-Kərimin ən yaxşı xəttatlarını təqdir etmək və onların Uca Allahın kitabına xidmətdə göstərdikləri səyləri qiymətləndirmək məqsədi daşıyır./iqna