BƏƏ-nin Şarcə Qurani-Kərim Assambleyası Şarcə əmirinin yeni hədiyyələrini, o cümlədən nadir Quranlar kolleksiyasını nümayiş etdirmək üçün muzey açıb.
Bu Assambleya Şarcə Ali Şurasının üzvü, bu şəhərin hökmdarı və əmiri Sultan ibn Məhəmməd Əl-Qasimin yeni hədiyyələrini nümayiş etdirmək üçün bir muzey ayırmışdır.
Şarcə hökmdarı bu yaxınlarda bu muzeydə camaata və ziyarətçilərə nümayiş etdiriləcək nadir tarixi Quran kolleksiyasını bu Assambleyaya bağışlayıb.
Şarcə Qurani-Kərim Assambleyasının baş katibi Şirzad Əbdür-Rəhman Tahir bununla bağlı deyib ki, bu muzeyin fəaliyyətə başlaması ilə ziyarətçilər nadir tarixi Quranların xüsusi muzeyində Şarcə hökmdarının yeni bağışladığı əşyaları görmək imkanı əldə edəcəklər./iqna