Şarcə şəhərində xurma ağaclarına yazılmış Quran nümayiş etdirilir

Şarcə şəhərində xurma ağaclarına yazılmış Quran nümayiş etdirilir

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

BƏƏ-nin Şarcə şəhərinin Qurani-Kərim Assambleyası hazırda tamamilə xurma ağacının yarpaqları üzərində yazılmış nadir Quran nüsxəsini sərgiləyir.

Quranın bu versiyasında səhifələrin sayı 70 səhifədir. Hər səhifədə 8 ədəd xurma yarpağı var və hər bir parça bir-birinə bağlı üç sətirdən ibarətdir. Quranın hər səhifəsinin uzunluğu 53 sm, eni isə 42 sm-dir.

Bu barədə Şarcə Qurani-Kərim Assambleyasının baş katibi Şirzad Əbdür-Rəhman Tahir bildirib ki, bu kolleksiyada müxtəlif dövrlərdən və ölkələrdən ən nadir Quran nüsxələrinə sahib olmağın qürurunu daşıyır.

O, vurğulayıb ki, sözügedən nadir nüsxə Mərakeşdə yazılmışdır. Xəttat xurma ağacının budaqlarını təmizləyərək bərabər hissələrə ayırmış, sonra bu parçaların qalıcı olması və zədələnməməsi üçün üzərində xüsusi maddələrdən istifadə etmişdir.

Tahir açıqlayıb ki, xəttat bu xurma ağacının yarpaqlarını tikib birləşdirib və Quran səhifələri şəklində iki cilddə toplayıb.

Şarcə Qurani-Kərim Məclisinin qərargahına gələn qonaqlar bu nadir və fərqli nüsxəni Assambleyanın 8 muzeyindən biri olan Qurani-Kərimin Tarixi Muzeyində görə bilərlər./iqna