Sudanlı ustadın Quran yazmaq arzusu gerçəkləşib

Sudanlı ustadın Quran yazmaq arzusu gerçəkləşib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Sudanda tanınmış universitet ustadı Osman Taha xətti ilə Qurani-Kərimin bir nüsxəsini yazıb. Quranın bu gözəl surətdə yazılmasını öz ölkəsində qədim irs adlandırıb və bunu 4 ildən sonra gerçəkləşən şəxsi arzusu kimi qiymətləndirib.

“Sudandakı Beynəlxalq Afrika Universitetinin professoru Abdur-Rəhman Məhəmməd Əhməd Kadouk deyib ki, zaman-zaman yuxuda Quranı yazdığımı görürdüm və həqiqətdə, Qurani-Kərimin tam nüsxəsini yaza biləcəyimə heç vaxt əmin deyildim.

Universitet professoru Qurani-Kərimin əlyazmasını Sudanda qədim irs adlandırıb və deyib: “Mən Quranın bir neçə nüsxəsinin Osman Taha xətti ilə deyil, adi qrafika ilə yazıldığını görmüşəm ki, bu da ictimaiyyət arasında və məscidlərdə yayılıb”.

O, bildirib ki, Osman Taha xətti ilə Quran yazmaq barədə çox düşünürdüm və bunun çətin və əlçatmaz bir məqsəd olduğunu hesab edirdim. Amma Allahın istəyi idi ki, Qətərə səyahət edim və “Cərir” kitab mağazasına girim. Orada addımlarım məni bir rəfə tərəf apardı. Onda kitablar toplusu tapdım, onlardan birinin üzərində böyük hərflərlə yazılmışdı: “Hərfləri və sözləri öz əllərimlə yazdım.” (Quran xəttatlığı kitabı).

Əhməd Kadouk, deyir ki, Kitabın adı məni təəccübləndirdi. Kitabı açıb gördüm ki, Quran nüsxəsidir. Mən ondan iki nüsxə aldım və öz-özümə dedim ki, ümid edirəm ki, Allah-taala Quranı yazmaqda mənə kömək edəcək. Həmin kitab mağazasından bir qədər mürəkkəb və qələm alıb Sudana qayıtdım.

O, bildirib ki, əvvəldə yazmaq çətin olsa da, Dörd il davam etdim və 2021-ci ildə Quranın xəttatlığını tamamladım. Quranın sonuncu “Nas” surəsini yazıb bitirdiyim gün mənim üçün çox xoşbəxt bir gün oldu./iqna