Taylandda böyük Quran hifzi müsabiqəsi başlayıb

Taylandda böyük Quran hifzi müsabiqəsi başlayıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Səudiyyə Ərəbistanı Tailand müsəlmanları üçün böyük Quran hifzi müsabiqəsi təşkil edib.

Səudiyyə Ərəbistanının İslam İşləri, Təbliğat və İrşad Nazirliyi Taylandda böyük Quran hifzi müsabiqəsinin ilkin mərhələsini keçirib.

Bu yarışlar Taylandın Mərkəzi İslam Şurası ilə əməkdaşlıq çərçivəsində bu ölkə müsəlmanlarını Qurani-Kərimi əzbərləməyə təşviq etmək və bu sahədə rəqabət mühiti yaratmaq məqsədi ilə keçirilir.

Sözügedən müsabiqənin mükafatları yarım milyon Səudiyyə rialına çatır. 288 kişi və qadın iştirakçı Quranın təfsirlə tam əzbəri, 15 cüzünün əzbəri, 10 cüzünün əzbəri, beş cüzünün əzbəri sahələrində yarışır./iqna