Tunis Dini İşlər Nazirliyi Qurani-Kərimə xidmət etmək və korlar üçün Allahın Kəlamının oxunmasını asanlaşdırmaq məqsədi ilə Quranın 30-cu cüzünü, Qalun rəvayətinə uyğun olaraq, Brayl əlifbası ilə nəşr etmişdir.
Bu nazirliyin noyabrın 2-də yaydığı məlumatda deyilir ki, Tunisdə ilk dəfədir ki, Quran Brayl əlifbası ilə çap olunur.
Nazirlik bütün Quranı Brayl əlifbası ilə çap edib məscidlərdə və bütün korlar arasında yaymağı planlaşdırır./iqna