Türkiyədə 72 Quran hafizinin buraxılış mərasimi keçirilib

Türkiyədə 72 Quran hafizinin buraxılış mərasimi keçirilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Türkiyənin şimal-şərqindəki Trabzon vilayətində din xadimlərinin iştirakı ilə 72 Qurani-Kərim hafizinin buraxılış mərasimi keçirilib.

İyunun 17-də Türkiyənin şimal-şərqindəki Trabzon vilayətinin Darül-iftasının qərarı ilə Qurani-Kərimin yeni hafizlərinin buraxılış mərasimi keçirilib.

Türkiyə Diyanət İşləri Başçısı Əli Ərbaş çıxışında Quran hafizlərinin təqdir olunma mərasimini ən yaxşı və ən gözəl bayram adlandırıb. O, Həzrət Peyğəmbərin (s) “Sizin ən xeyirliniz Quranı öyrənən və öyrədəndir” hədisinə istinad edərək əlavə edib ki, Qurani-Kərimin hafizi Uca Allah tərəfindən təriflənir.

O, bildirib ki, övladına yaxşı tərbiyə verən valideynlər üçün heç vaxt dünya mükafatı nəzərdə tutula bilməz. Allah hamınıza xeyir və bərəkət versin.