Türkiyənin ilk muzeyində Quran əlyazmaları və müsəlman irsinin xəzinəsi var

Türkiyənin ilk muzeyində Quran əlyazmaları və müsəlman irsinin xəzinəsi var

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Hər il mayın 18-i “Ümumdünya Muzey və Mədəni İrs Günü” kimi qeyd olunur. İslam təlimləri həmişə müsəlman sənətkarları ruhlandırıb və İslam sivilizasiyasının sənət əsərləri dünya miqyasında tanınıb. Bu əsərlər İslam dünyasının və qeyri-islam ölkələrinin böyük muzeylərini bəzəyir. Bu münasibətlə İslam ölkələrinin tarixi və sivilizasiyası sahəsində dünyanın ən önəmli muzeylərindən birini tanıtdırırıq.

İstanbul Türk və İslam Əsərləri Muzeyi (Türk-İslam Eserleri Müzesi) Türkiyənin ən əhəmiyyətli muzeylərindən biridir.

Bu muzey Şeyxülislam və Osmanlı Vəqflər Naziri Xeyri Əfəndinin təşəbbüsü ilə Osmanlının son dövründə məscidlərdən, digər dini yerlərdən və türbələrdən tarixi sənət əsərlərinin oğurlanmasının qarşısını almaq üçün yaradılmışdır.

Muzey ilk dəfə 1914-cü ildə (İmperatorluq Muzeyinin direktoru və məşhur rəssam)  Osman Həmdi bəyin rəhbərliyi altında 16-cı əsrin məşhur Osmanlı memarı Sinan tərəfindən tikilmiş Süleymaniyyə məscidinin içərisindəki malikanənin binasında “İslami Vəqflər Muzeyi” adlanan binada fəaliyyətə başlamışdır. Amma 1924-cü ildən sonra adı dəyişdirilərək “Türk və İslam Əsərləri Muzeyi” adlandırılıb. Bu muzey 1983-cü ildə İstanbulun Sultanahmət Meydanındakı İbrahim Paşa Sarayındakı indiki yerinə köçürülüb./iqna